Avropa 15 milyardı verməyə razı oldu - İran

Avropa 15 milyardı verməyə razı oldu - İran

Avropa ABŞ sanksiyalarından yayınaraq İranla ticarət aparmaq üçün yaradılmış “İnstex” fond mexanizminə 15 milyard dollar köçürməyə razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici siyasət komitəsinin sədri Müctəba Zünnur danışıb.

“Avropalılar “İnstex” fonduna 15 milyard dollar yatırmağı qəbul etdilər”, - Zünnur bildirib.

Mənbə: axar.az