Fransa dövlət katibi: Neftin qiymətinin artacağı gözlənilir

Fransa dövlət katibi: Neftin qiymətinin artacağı gözlənilir

Paris, 17 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanında 2 neft obyektinə təşkil edilən hücumdan sonra xam neftin qiyməti artıb və bu bir çox ölkələrdə olduğu kimi Fransada da qeyri-müəyyən vəziyyət yaradıb.

AZƏRTAC xəbər verir ki, bu gün neftlə bağlı vəziyyətin çox həssas olduğunu, hazırda 66 dollar/barrel olan neftin qiymətinin ötən il 86 dollar/barrel olduğunu xatırladan Fransanın nəqliyyat üzrə dövlət Katibi Jan-Batist Cabbari deyib: “Bu mövzuya ciddi yanaşmaq lazımdır, panika yaratmaq lazım deyil”.

“Geosiyasi vəziyyətlə bağlı, eləcə də istehlakçılara verəcəyimiz məlumatlarla bağlı çox sayığıq, neftçiləri qiymət artımı yönümündə səbirli olmağa çağırıram”, - deyə dövlət katibi “franceinfo” televiziya kanalında çıxışında söyləyib. Vurğulayıb ki, hazırda neftin bir barrelinin qiymətinin 150 dollara yüksəldiyi 2008-ci il böhranı yoxdur.

Qarşıdan gələn cümə axşamı yeni mexanizm və tədbirlərin irəli sürüləcəyini bildirən Jan-Batist Cabbari neftin qiymətinin qalxması ilə bağlı sürücülərin yeni narazılıq dalğasının mümkünlüyünü istisna etməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumdan sonra ölkədə neft istehsalı 50 faizə qədər və ya gündəlik 5,7 milyon barrel azalıb. Beynəlxalq Eneji Agentlıyi neft bazarlarının çoxsaylı kommersiya ehtiyatları ilə təmin olunduğu, ölkələrin böhran vəziyyətində nəqliyyat sisteminin iflic olmaması üçün istənilən vaxt 3 aylıq ehtiyatı olduğu bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az