Tokioda xam neft fyuçerslərinin qiyməti 12 faizdən çox artıb

Tokioda xam neft fyuçerslərinin qiyməti 12 faizdən çox artıb

Tokio, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Tokioda ötən bazar günlərində Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumdan sonra xam neft fyuçerslərinin qiyməti 12 faizdən çox artıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu, ötən ilin dekabrında bütün dünyada səhmlərin qiymətinin qalxmasından sonra ilk 10 faizdən yuxarı artımdır.

Bu gün səhər hərracların başlamasından dərhal sonra Tokio Əmtəə Birjasında sifarişlərin daxil olması sürətlə artıb.

Qeyd edilir ki, fevralda çatdırılması nəzərdə tutulan xam neft fyuçerslərinin qiyməti günün sonunda 41 min 310 yen və ya kilolitr üçün təxminən 380 dollar təşkil edib. Bu, ötən həftə ilə müqayisədə təqribən 41 dollar və ya 12,1 faiz çoxdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az