ABŞ İrana qarşı hərbi əməliyyata başlasa... Mümkün 5 ehtimal

ABŞ İrana qarşı hərbi əməliyyata başlasa... Mümkün 5 ehtimal

Səudiyyə Ərəbistanındakı iki neft obyektinə hücumdan sonra Pentaqon tərəfindən toplanmış sübutlar, kəşfiyyət və məhkəmə sənədləri İrana qarşı hərbi əməliyyatların başlama ehtimalını artırır. Diplomatlar, kəşfiyyət təhlilçiləri və siyasətçilər hərbi əməliyyatları müzakirə etdikdən sonra ABŞ hökuməti əməliyyatlara başlama qərarı versə hədəfələr nələr ola bilər?

Mümkün 5 ehtimal aşağıdakılardır:
1. Xarq Neft Terminalı. Xarq İranın neft ixracatının 90%-dən çoxunun keçdiyi neft terminalıdır. Terminala məxsus neft tankerləri nadir hallarda limanda olurlar, əsasən adalardan və ya terminallardan yağ yükləyirlər. 2. Cask dəniz bazası. Cask Hörmüz boğazının yaxınlığında yerləşən Hörmüzgan ostanının şəhərələrindən biridir. Bura yaxın zamanlarda İranın əsas sualtı bazasına çevrilib. Dünyanın yükdaşıma marşrutlarına yaxınlığı və nisbətən əhalidən təcrid edilməsi onu əsas hədəflərdən biri edir. 3. Bəndər Abbas dəniz bazası. Bəndər Abbas İranın Fars körfəzindəki ən böyük şəhəri və ən böyük dəniz bazasıdır. Hörmüz Boğazından bir neçə on kilometr məsafədə yerləşir, beynəlxalq hava daşımaları üçün əsas təhlükə hesab olunur. 4. Abu Musa və Tonb adaları. Əbu Musa və Böyük və Kiçik Tonb BƏƏ-nin 1971-ci ildə ingilislərlə bərabər tərk etdiyi adalardır. Əbu Musa adaları eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun bazası və kimyəvi silah anbarıdır. Adalar Hörmüz boğazında keçən beynəlxalq daşımalar üçün əsas maneə törədən ərazi sularında yerləşir 5. Fars adası. Fars Körfəzində yerləşən bu adada İslam İnqilabı Keşikçiləri Korpusunun bazası yerləşir. Bura ABŞ dənizçilərinin 2016-cı ildə ələ keçirdiyi yerlərdən biri idi.

ABŞ qüvvələrinin Buşehr bazasını vurması ehtimal edilmir. Çünki orda nüvə reaktorlarının yerləşdiyi deyilir.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ağıllı qərar olmaya bilər. Çünki, İran bu əməliyyatlara qarşı əks-hücum həyata keçirsə, qarşıdurma geniş miqyaslı müharibəyə sürüklənə bilər.

Hətta kiçik miqyaslı əməliyyatlar belə (“Namaz vaxtları” və ya “Səhra tülküsü” kimi əməliyyatlar) İranın hava müdafiəsini və idarəetməsini məhdudlaşdırmaqda çətinlik çəkəcək.

İran, məsələn, Ər-Riyad, Küveyt, Abu Dabi və ya Dubaya raketlə hücum etsə ABŞ-ın bu əraziləri qorumasına ehtiyac yaranır. Bu isə olquca çətindir.

Sevinc Əliyeva

Mənbə: ordu.az