"Azərişıq" Cənub regionunda yenidənqurma işlərini davam etdirir

"2019-cu ilin tədbirlər planına uyğun "Azərişıq" ASC Cənub Regional Enerji Təchizatı və Satışı İfarəsinin (RETSİ) inzibati rayonlarının (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara) hər birində yenidənqurma işlərini davam etdirir, bu işlər ölkə prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir".

"Report" xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, dövlət başçısının 19 aprel 2019-cu il tarixli sərəncamı ilə Astara rayonunun 3 kəndinə (Sekaşan, Diqo, Dolu) elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlığını artırmaq məqsədi ilə 1,5 mlilyon manat vəsait ayrılıb: "Sərəncam qüvvəyə mindiyi gündən etibarən bu kəndlərin elektrik enerjisi təsərrüfatının yenidənqurulması işlərinə başlanılıb. Bu kəndlərə "Azərişıq" tərəfdən 15 ədəd Komplekt Transformator Məntəqəsi (KTM), 12,5 km uzunluğunda 0,4kVt-luq hava verilişi elektrik xətrləri, 18 km uzunluğunda isə 0,4 kVt-luq özünüdaşıyan izolyasiyalı kabel xəttlərinin (ÖİN -SİP kabellər) çəkilməsi nəzərdə tutulub. Hazırda davam etdirilən yenidənqurma işlərinin ilin sonuna qədər yekunlaşması planlaşdırılır".

"Azərişıq" rəsmisi qeyd edib ki, bundan əlavə Cənub RETSİ-nin ərazisinə düşən Biləsuvar rayonunun İsmətli, Cəlilabad rayonunun Maşlık və Ocaqlı, Lənkəranın İstisu və Girdəni, Masallının Ərkivan və Ocaqlı, Lerikin Çayrud kəndlərində yenidənqurma işləri davam edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstanda keçmiş baş nazirin bacısını qaçırmaq istədilər

SONRAKI XƏBƏR

Bakının ölümə aparan qaranlıq yolları: Kimlər tədbir görməlidir? - VİDEO