Ukrayna Rusiyaya şərt qoyur

Ukrayna Rusiyaya şərt qoyur

Ukrayna Rusiyadan qaz alışını nəzərdən keçirə bilər, ancaq bunun üçün şərtləri də var.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Ukraynanın Energetika və Ətraf Mühit naziri Aleksey Orjel Rusiyadan qaz alışının mümkünlüyünün nəzərdən keçirildiyini deyib.

Onun sözlərinə görə, ölkəsi konkret şərtlərlə qaz alışında maraqlıdır: "Bu ölkələr arasında məsləhətləşmə mövzusudur".

Xatırladaq ki, 2015-ci ildən Ukrayna Rusiyadan qaz alışını dayandırıb. Ancaq hələlik Ukrayna ərazisindən Rusiya qazının ixracı üçün tranzit kimi istifadə olunur.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info