HÖKUMƏT RUSİYANIN NEFT EHTİYATINI 1 TRİLYON DOLLAR MƏBLƏĞİNDƏ QİYMƏTLƏNDİRİB

HÖKUMƏT RUSİYANIN NEFT EHTİYATINI 1 TRİLYON DOLLAR MƏBLƏĞİNDƏ QİYMƏTLƏNDİRİB

Təbii resurslar və ekologiya nazirliyi tarixdə ikinci dəfə Rusiyanın faydalı qazıntı ehtiyatlarının (neft, qaz, kömür, qızıl, mis, dəmir filizi və almaz) bazar dəyərini qiymətləndirib. Sentyabrın 17-i yenilənmiş məlumata əsasən, onların ümumi dəyəri 2017-ci ilin sonunda 55,2 trilyon rubl olduğu halda, ötən ilin sonunda 93,4 trlyon rubla çatıb.

Ölkənin resurs sərvətinin əsas hissəsi neft ehtiyatlarının (74,5 trilyon rubl) payına düşür. 39,6 trilyon rubl dəyərində qiymətləndirilən neft ehtiyatları ötən il 88% artıb. Bu barədə “RBC” agentliyi yazır.

Təbii ifadədə neft ehtiyatlarında artım elə də çox olmayıb: 9,04 milyard tondan 9,83 milyard tona (8,7%). Bu o deməkdir ki, nazirliyin hesabatına əsasən, neft ehtiyatlarının vahidi bir il ərzində 73% bahalanıb.

Təbii resurslar və ekologiya nazirliyinin hesabatı radio bildiriş sisteminin 1 saylı statistik hesabat formasının əsasında tərtib edilib. “Vygon Consulting” şirkətinin neft-qaz hasilatı və kəşfiyyatı üzrə direktoru Sergey Klubkov bu formada faydalı qazıntı ehtiyatlarının cari bazar qiyməti haqqında məlumatın olduğunu xatırladıb. Onun sözlərinə görə, nazirliyin təqdim etdiyi sənədə ciddi yanaşmaq lazımdı deyil, çünki qiymətləndirmə formulunda səhvlər var: vergilər çıxılmır, əlavə edilir, mədaxil netbek vasitəsilə deyil, satış qiyməti vasitəsilə hesablanır, ona görə belə şişirdilmiş qiymət alınır. Bundan başqa, nazirlik hesabatı istifadəçilərin müxtəlif məlumat yığını əsasında tərtib edir.

Hesabatdan məlum olur ki, rus neftinin bir barelinin maya dəyəri təxminən 1 min rubl, ya da mövcud məzənnə ilə 15,5 dollardır. Bu, cari ilin fevral ayında energetika nazirinin müavini Pavel Sorokinlə aparılan hesabata uyğun gəlir. O, “Vedemosti” nəşrinə verdiyi müsahibədə deyib ki, rus neftinin maya dəyəri aşağıdır, (nəqliyyat xərcləri nəzərə alınmadan) bir bareli 8-20 dollardır.

“Rosneft”-dən gələcək daxilolmaların dəyəri 21% (təxminən 11 trilyon rubladək) artıb; “LUKOYL” şirkətində bu göstərici 71% (4,9 trilyon rubladək) təşkil edib. “Qazprom neft”-də artım 47%-dir (2,9 trilyon rubladək). Başqa şirkətlər bu məlumatları açıqlamır.

Təbii resurslar və ekologiya nazirliyi kimi neft şirkətləri də qiymətləndirmədə müqavilə qiymətləri ilə məhdudlaşa bilən hesabat ilində neftin orta qiymətinə 10%-lik diskont dərəcədən və gələcək hesabat xərclərindən istifadə edir.

“Urals” markalı neftin dollarla orta satış qiyməti ötən il 31,4% artaraq 69,8 dollara çatıb. Rubl ilə bu artım 41,2% olarar bir tona görə 4,38 min rubla imza atıb.

Nazirlik təbii qaz ehtiyatlarının dəyərini də hesablayıb: 11,3 trilyondan 14,1 trilyon rubladək artım müşahidə edilib. Təbii ifadadə bu ehtiyatlar 3,6% artaraq 15 trilyon kub metr olub. Nazir Dmitri Kobılkinin sentyabrın 18-də verdiyi məlumata əsasən, bu, Rusiyada bütün kateqoriyadan olan qaz ehtiyatlarından (73 trilyon kub metr) xeyli azdır.

Rusiya hökuməti hələ 2012-ci ildə təbii ehtiyatları ölkənin aktivlər balansına və milli hesab passivlərinə daxil edilməsinə göstəriş verib. Bu baxımdan təbii resurslar qeyri-maliyyə, qeyri-istehsal aktivi kimi başa düşülür. Bunu beynəlxalq standarlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının normaları və 2008-ci ilin Milli Hesabat Sistemində milli hesablama metodologiyası tələb edir.

Dünya Bankı sonuncu dəfə Rusiyanın mineral və enerji ehtiyatlarını (neft,qaz, kömür, metal və minerallar) ötən il 2014-cü ilin konstant dolları ilə 5,5 trilyon, o cümlədən nefti 3,4 trilyon dollar dəyərində qiymətləndirib.

Mənbə: www.xpressa.net