“Əsrin müqaviləsi” Azərbaycanın uğuru və ya yenidən dünyaya gəlişi

“Əsrin müqaviləsi” Azərbaycanın uğuru və ya yenidən dünyaya gəlişi

Azərbaycan dövlətinin və millətinin yenidən öz ayaqları üstündə dayanaraq var olmasında, müstəqil olmasına, hegemon dövlətlərlə bir masaya oturan dövlət olmasına və bu günkü gündə də öz siyasətini yeritməsinə vəsilə olan “Əsrin müqaviləsi”ndən tam 25 il ötür.

Azərbaycan SSRİ - nin tərkibindən çıxması ilə Rusiyanın həm hərbi, həm iqtisadi təzyiqlərinə məruz qalırdı. Azərbaycan bir yandan azadlıq, bir yandan da aclıqdan ölməmək üçün mübarizə aparırdı. Sıfıra enməkdə olan büdcənin yenidən dolması, batan iqtisadiyyatın qalxması və insanların rifahının yaxşılaşdırılması əsas məqsəd olaraq qalmaqdaydı. Təbiətin Azərbaycana bəxş etdiyi sərvətlərdən istifadə etməmək bir ağılsızlıq olardı. Hakimiyyətdə olan Elçibəy iqtidarı da bunu, yəni Azərbaycan neftini millətin xeyrinə istifədə etmək niyyətindəydi. Neft muqavilələri üzrə Beynelxalq Konsorsiumu yaradıldı və xarici şirkətlərlə muqavilələrin imzalanması və tamamlanması istiqamətində islər sürətləndirilmişdi.
Lakin 1993 - cü ilin yazından bu işlər şübhəli şəkildə zəiflədildi, Elçibəyin israrlı tələbləri belə bəzən yerinə yetirilmədi. Dövlətdə və hakimiyyətdə olan uçurum dərinləşməyə başladı və hakimiyyətinin bu vəziyyətə qalib gələ bilməyəcəyini anlayan Elçibəy o zaman xalqın tələblərini nəzərə alaraq Naxçıvanda yaşayan mərhum Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycana yeni can və yeni nəfəs gətirdi. 1993-cü ildə hakimiyyətə gələn Ulu Öndərin siyasəti yenidən Azərbaycana Qərbin ən böyük neft şirkətlərinin diqqətini Xəzər dənizinə yönəltdi və transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Yürüdülən siyasətdən narazı olan yaxın qonşular və beynəlxalq dairələrin Xəzər dənizinin statusunun problemlərini qabartmaqla və həll etməklə “Əsrin müqaviləsi”nin Azərbaycan tərəfindən heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmadığını, əksinə, regionda hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraitin yaradılacağını sübüt edərək imzalanmasına nail oldu. 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” imzalandı, mart ayında isə Milli Məclis tərəfindən ratifikasiya olundu. Bu müqavilənin işə başlaması Azərbaycanın yenidən canlanmasına və millətin rifahının yaxşılaşdırılmasına yol açdı.
Xarici şirkətlərlə imzalanan neft müqaviləsi həm neft sayəsinin, həm də qeyri-neft sənayesinin inkişafına, neft emalı və hasilatı üzrə yeni texnologiyalara yol açdı. 1996-cı ildə “Şahdəniz” yatağı, 1997-ci ildə “Çıraq” platformasından neft çıxarılmağa başlandı. 1998-ci ildə Bakı-Novorossiysk kəməri üzərindən Qara dəniz vasitəsilə neft ixracatı başlandı. 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildən isə Bakı-Tbilisi-Ceyhan boru kəməri, sonra Bakı-Tiflis-Ərzurum qaz kəməri, 2001-ci ildə TANAP və sonra TAP imzalandı və Avropaya bazarına qazın ötürülməsi məsəsləsi həll oluma aşamasındadır. Beləliklə, “Əsrin müqaviləsi” Azərbaycan dövlətinin həm əsas gəlir mənbəyinə, həmdə neftdən gələn pulla qeyri - neft sektorlarının inkişafına yönələn iqtisadiyyatın yüksəlməsinə və eləcə də Azərbaycanı reqionda həm siyasi, iqtisadi həm də əsas amil olan hərbi gücü olan ölkəsinə çevirdi. Azərbaycanın gücü və sərvətləri çoxaldıqca həm dostu, həm də düşməni çoxalmaqda da davam etdi. Ermənistanın əli ilə yaranan Qarabağ münaqişəsi cox təəssüf ki, yaxın bildiyimiz qonşularımızın dəstəyini alaraq Azərbaycanın inkişaf etməsinə və güclənməsinə mane törətmək niyyətindədirlər. XXI əsrdə demokratiyatan dəm vuran dövlətlər Xocalı soyqırımına belə susmaqda davam edirlər.

Beynəlxalq münasibətlər üzrə ekspert
Ramiyə Məmmədova

Mənbə: publika.az