İslam İqtisadiyyatı: Reallıqlar və perspektivlər

İslam İqtisadiyyatı: Reallıqlar və perspektivlər

Azərbaycan İlahiyyat İnstitutunun (AİT) İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin, İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzinin və Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin birgə təşkilatçılığı ilə 26 Oktyabr 2019-cu ildə saat 11:00-da Azərbaycan İlahiyyat İnstitutunun konfrans zalında "İslam İqtisadiyyatı: reallıqlar və perspektivlər" mövzusunda seminar keçiriləcəkdir.

Qeyd edək ki, ölkəmizdə əhalinin sahibkarlığa meylinin günü-gündən artdığı, təşəbbüskarların maliyyə resurslarına çıxışının genişləndirilməsinin zərurətə çevrildiyi, bunun əksinə istehlak kreditlərini hədəf halına gətirən banklarda yüksək faiz dərəcələrinin mövcud olduğu bir şəraitdə Azərbaycanda İslam maliyyə alətlərinin tətbiq olunması günümüzün aktual məsələsinə çevrilmişdir.

Olaylar.az-a verilən məlumata görə, seminarda İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, i.f.d. Ruslan Atakişiyev, AAOIFI-nin (İslam Maliyyə İnstitutlarının Audit və Mühasibatlıq təşkilatı) Şəriət məsələləri üzrə auditor və məsləhətçisi olan Anar Yusufzadə, AİT İlahiyyat Fakültəsinin İslamşünaslıq kafedrasının müdiri, f.f.d.Əhməd Niyazovgələn qonaqları İslam İqtisadiyyatı ilə bağlı geniş şəkildə məlumatlandıracaqlar.

Bununla yanaşı seminarda İslam İqtisadiyyatının nəzəri əsaslarından, onun praktikada tətbiqi imkanlarından, İslam iqtisadiyyatında faiz qadağasından, İslam maliyyə sistemindən və mövcud Qanunvericilik çərçivəsində İslam maliyyə alətlərinin tətbiq olunmasının imkan və perspektivlərindən geniş danışılacaqdır.

Seminar İslam iqtisadiyyatına maraq göstərən hər kəs üçün nəzərdə tutulmuşdur.

Tədbirdə iştirak etmək istəyənlər 012-432-71-75 telefonuna zəng etməklə, 051-340-39-13, 077-767-24-67 nömrələrinə whatsapp vasitəsilə mesaj, [email protected] ünvanına e-mail yazmaqla ad, soyad və mobil nömrələrini qeyd edərək qeydiyyatdan keçə bilərlər.

Mənbə: olaylar.az