Biləsuvarın təcrübəli pambıqçıları bir arada

Biləsuvar, 9 oktyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın inkişafı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tanınmış pambıq ustası fermer Lətif Cəfərovun əkin sahəsində keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova çıxış edərək, Ulu Öndərin sovet hakimiyyəti illərində ölkəmizdə strateji məhsul olan pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycanda pambıqçılıq yenidən dirçəldilir. Bunu Biləsuvar rayonunun timsalında da aydın görmək olar. Rayonda pambıq əkini sahələri ilbəil genişlənir, məhsul istehsalı artır. Pambıqçılığın inkişafına dövlət dəstəyi mülkiyyətçilər tərəfindən razılıqla qarşılanır.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıb, pambıqçılığın yenidən dirçəldilməsində Prezident İlham Əliyevin diqqət və qayğısını diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçıları, o cümlədən təcrübəli pambıqçılar fermer Lətif Cəfərovun ailə üzvləri ilə birlikdə yetişdirdiyi bol pambığın maşınlarla yığılmasını izləyiblər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Teymur Rəcəbov Hamburq Qran-Prisində çıxış edəcək

SONRAKI XƏBƏR

Nazirliyin milyonluq tenderi: 15 hektar ərazini doludan necə qoruyurlar?