Nazir: Qazaxıstan gələcəkdə Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft nəql edə bilər

Bakı. Trend:

Qazaxıstan hələlik “Kaşaqan”, “Tengiz”, “Karaçaqanaq” neft yataqlarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunması üçün kifayət qədər həcmə malik deyil, amma digər yataqlardan neft bu kəmərlə nəql oluna bilər.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra brifinqdə deyib.

Nazir bildirib ki, “Kaşaqan”, “Tengiz”, “Karaçaqanaq” yataqlarında hasilatın artırılacaq:

“2022-2023-cü illərdə biz “Tengiz” yatağından hasilatı ildə 12-13 milyon tona çatdırmağı planlaşdırırıq”.

O əlavə edib ki, Qazaxıstanın digər yataqlarından neftin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqli ildə 3-4 milyon tonadək çata bilər.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

AB-dən Türkiyəyə: Əməliyyatı dayandır, əks halda...

SONRAKI XƏBƏR

Timsahla bir saatlıq mübarizədən sağ ayrılan qadın