Məşhur alman bankının 18 min əməkdaşı işsiz qalacaq

Məşhur alman bankının 18 min əməkdaşı işsiz qalacaq

AzEuroNews.com ► Almaniyanın məşhur “Deutsche Bank” bankının 18 min əməkdaşı işsiz qalacaq. AzEuroNews.com xəbər verir ki, bank 9 mini ölkə daxilində, 9 mini isə ölkə xaricində olmaqla 18 min əməkdaşının işinə son verəcəyi ilə bağlı açıqlama yayıb.

Bankda bildirilib ki, bu proses 2022-ci ilə qədər mərhələli şəkildə həyata keçiriləcək. Buna səbəb isə, son illər bankın zərərlə işləməsi olub. Belə ki, təkcə bu ilin ikinci yarısında bank 2,8 milyard avro ziyan edib.

Bankın 2022-ci ilə qədər işdən çıxaracağı əməkdaşlarına ödəyəcəyi kompensasiya isə, 7,4 milyard olaraq müəyyən edilib.

Məlumat üçün bildirək ki, “Deutsche Bank” dünyanın 72 ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur. Depozitlərin həcminə görə bank Avropada aparıcı mövqelərdə qərarlaşıb.

Bankın dünyanın bütün iri maliyyə mərkəzlərində – Avropa, Şimali və Cənubi Amerika, Asiya-Sakit okeanı regionları, eləcə də yeni yaranmış bazarlarda şöbələri mövcuddur.

Mənbə: azeuronews.com