"Nissan" Rusiyadakı 160 mindən çox avtomobilini geri çağırdı

"Nissan" Rusiyadakı 160 mindən çox avtomobilini geri çağırdı

"Nissan" Rusiyadakı 160 mindən çox avtomobilini geri çağırdı "Nissan" Rusiya bazarına çıxarılan 161 957 avtomobili təmir üçün geri çağırıb.

Faktaz.com xəbər verir ki, həmin qərar 2007-2014-cü illərdə istehsal edilən "Nissan Note" və "Nissan Tiida" modellərinə tətbiq edilib. Addıma səbəb kimi sərnişin hava yastığındakı tüstüsüz qaz generatorunun pirotexniki patronunun mümkün nasazlığı göstərilib.

Rəsmilər avtomobil sahiblərinə yaxınlıqda yerləşən servis mərkəzinə yaxınlaşmağı tövsiyyə edib. Avtomobillərdə hava yastığı yoxlanılanacaq və ehtiyac yaransa, təmir ediləcək.

Mənbə: faktaz.com