Səfir Mixail Myatlıkov: Minskdə Azərbaycan məhsullarına böyük maraq var

Səfir Mixail Myatlıkov: Minskdə Azərbaycan məhsullarına böyük maraq var

Tbilisi, 9 oktyabr, AZƏRTAC

Belarus ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Dövlətlərimizin başçılarının səyi nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Belarusun Gürcüstandakı səfiri Mixail Myatlıkov söyləyib.

Səfir deyib ki, Minskdə Azərbaycan Ticarət Evinin açılışından sonra ticari-iqtisadi sahədə də uğurlu nəticələr əldə olunub. Bu gün Minskdə Azərbaycan məhsullarına böyük maraq var. Çalışırıq ki, əlaqələrimiz daha da dərinləşsin və inkişaf etsin.

Diplomat deyib: “Belarusun müxtəlif şəhərlərində Azərbaycan Ticarət Evinin nümayəndəliklərinin, eləcə də Azərbaycanda Belarusun müvafiq strukturlarının açılması planlaşdırılır. İnanıram ki, bu da ticari-iqtisadi əlaqələrimizin inkişafında mühüm rol oynayacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az