Azərbaycanın tikinti şirkəti zərər açıqladı

Ötən il gəlirlərinin 4 dəfəyə yaxın artmasına baxmayaraq “Continental Construction and İndustrial CO” mənfəətə çıxa bilməyib

Təmir və tikinti xidmətləri göstərən “Continental Construction and İndustrial CO” ASC 2018-ci ili 82 min 458 manat zərər ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin zərəri 13 dəfə artıb. “Continental Construction and İndustrial CO” 2017-ci ili 6 min 277 manat zərər ilə bağlamışdı.

“Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ötən il “Continental Construction and İndustrial CO”nun gəlirləri 3,7 dəfə artaraq 3 milyon 181 min manat təşkil edib. Şirkət 2017-ci ildə 849 min manat cəmi gəlirlər əldə etmişdi.

Gəlirlər ilə bərabər xərclər də artıb. Ötən il şirkətin xərcləri gəlirlərindən çox - 3 milyon 264 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb.

“Continental Construction and İndustrial CO” ASC 04 avqust 2010-cü il tarixində fəaliyyətə başlayıb. Cəmiyyətin əsas fəaliyyət istiqaməti əsaslı tikinti, əsaslı təmirə əsaslanaraq, istənilən inzibati, ictimai bina, şəxsi obyektlər, ofislər, fərdi evlərin tikintisi həyata keçirilməsindən ibarətdir.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Müsəlman Həkimlər Birliyi yaradıldı- Halal tibbi yardım göstəriləcək...

SONRAKI XƏBƏR

Bəhreyn - Azərbaycan - FOTOLAR