ABŞ neftin ucuzlaşacağına söz verib

Bakı, Trend:

ABŞ Energetika nazirliyinin departamentin saytında dərc olunan proqnoza görə, qısa müddətdə neft qiymətlərinin enməsi gözlənilir.

Trend-in məlumatına görə, ilin sonuna qədər "Brent" markalı neftin bir barelinin qiyməti 59 dollar səviyyəsində qalacağı, lakin gələn ilin ikinci rübündən etibarən 57 dollara enəcəyi qeyd olunur. Nazirlikdəki bu cür dəyişikliklərin səbəbi qara qızılın dünya ehtiyatlarının artması ilə izah edir.

Departamentin proqnozu qiymətlərin aşağı düşməsinin sonradan bir barrel üçün 62 dollaradək artması ilə əvəz olunacağını göstərir, buna görə 2020-ci il üçün orta proqnoz qiyməti təxminən 60 dollar təşkil edir.

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada polisə heroin satan azərbaycanlıya 10 il 6 ay iş verildi

SONRAKI XƏBƏR

2-ci dəfə keçiriləcək Biznes İdarəçiliyi forumunun biletləri satışda - QİYMƏT