ABŞ neft qiyməti proqnozlarını aşağı saldı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 2 dollar aşağı salıb.

"Marja" xəbər verir ki, EIA-nın "Oktyabr 2019" hesabatına görə, 2020-ci ildə Brent xam neftinin ortalama barel qiymətinin 60 dollar, ABŞ-ın Qərb Teksas (WTI) növü xam neftinin ortalama barel qiymətinin də 54,50 dollar olacağı nəzərdə tutulur.

EIA-nın sentyabr ayı hesabatında, gələn il Brent neftin barel qiymətinin 62 dollar, WTI neftinin də 56,50 dollar olacağı təxmin edilmişdi.

Beləcə, hər iki xam neft növündə gələn ilə dair qiymət gözləntisi 2 dollar endirilib.

Hesabatda, qlobal neft ehtiyatlarının gələn ilin ilk yarısında artmağa davam edəcəyi qeyd edilib, bunun xam neft qiymətlərini aşağı salacağı vurğulanıb.

İstehsal proqnozu artırılıb

ABŞ-ın bu ilə dair xam neft istehsalı proqnozu gündəlik ortalama 100 min barel artırılıb.

Hesabata görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 12,3 milyon barel, gələn il isə 13,2 milyon barel səviyyələrində reallaşacağı nəzərdə tutulur.

EIA-nın sentyabr ayı hesabatında, ABŞ-ın gündəlik ortalama xam neft istehsalının 2019-da 12,2 milyon barel, 2020-də isə 13,2 milyon barel olacağı təxmin edilmişdi.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin yox olacaq şəhərindən SON FOTOLAR

SONRAKI XƏBƏR

IFC Azərbaycanda yeni aqromaliyyələşdirmə platforması təqdim edəcək