Bakı Nəqliyyat Agentliyi tender keçirir

Bakı Nəqliyyat Agentliyi tender keçirir

10 oktyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi açıq tender elan edir.

Tender 2 Lot üzrə keçirilir:

- Dayanacaq pavilyonlarının satın alınması, iştirak haqqı 700 manatdır,

- Dayanacaq pavilyonlarının quraşdırılması xidmətinin satın alınması, iştirak haqqı 300 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 10.10.2019 12:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 21.10.2019 12:00 tarixinə qədər https://www.etender.gov.az/ portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22.10.2019 12:00 tarixində açılacaq.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır. E-şərtlər toplusunu 23.09.2019 17:47 tarixindən sonra əldə etmək olar.

Mənbə: abc.az