Azərbaycanda 5 maliyyə qurumu HESABATINI NİYƏ GİZLƏDİR? - MÜƏMMA

Azərbaycanda 5 maliyyə qurumu HESABATINI NİYƏ GİZLƏDİR? - MÜƏMMA

Azərbaycanın maliyyə sektorunda bəzi şirkətlər öz maliyyə hesabatlarını gizlədirlər.

Regionxeberleri.com FED.az-a istinadən xəbər verir ki, bu hallar BOKT-larda müşahidə edilir. Belə ki, “Union Kredit”, “City Finance”, “Ekofinance”, “FinTrend”, “Gold Finance” şirkətlər 2018-ci il üzrə illik hesabatlarını mətbuata açıqlamaqdan imtina edirlər.

Şirkətlərin bəziləri bunu göstəricilərin yaxşı olmaması ilə izah edir, digərləri isə, ümumiyyətlə, heç bir münasibət bildirmir, sadəcə hesabatlarını açıqlamırlar.

Qeyd edək ki, ölkə qanunvericiliyinə görə BOKT-lar ildə azı bir dəfə əsas göstəricilərini ictimaətə açıqlamalıdırlar.

Mənbə: www.regionxeberleri.com