Tramp avtomobillərin qiymətini endirir

Tramp avtomobillərin qiymətini endirir

ABŞ federal hökuməti avtomobil qiymətlərini 3,5 min dollara endirəcək və bu istigamətdə lazımlı tədbirlər görmək niyyətindədir.

Bu barədə çərşənbə günü prezident Donald Tramp Ağ Evdə çıxış edərkən məlumat verib.O bildirib ki, hazırda Birləşmiş Ştatlarda avtomobil qiymətləri normadan çox yüksək qiymətə satışa çıxarılıb. Orta gəlirlə və aşağı gəlirli ailələrin, insanların da avtomobilə sahib ola bilməsi üçün bu məsələyə baxılacaq və avtomobillərin qiyməti 3-5 min dollara endiriləcək.

Amerika lideri köhnə avtomobillərin utilizasiya olunacağını da sözlərinə əlavə edib.

Atv.az

Mənbə: www.atv.az