SOCAR-ın İzmirdəki zavodu 4,5 milyon ton neft emal edib

2019-cu ilin 8 ayında SOCAR-ın İzmirdəki Star neft zavodu 4,5 milyon ton neft emal edib.

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı neft məsələləri üzrə ekspert İlham Şaban verib. İ.Şaban bildirib ki, bu həcmlərin 90 faizi Rusiyanın “Urals” markalı neftinin payına düşüb: “Bu ilin iyun ayından Rusiyanın “Siberian layt” markalı nefti də Star zavodunda emal edilməyə başlayıb. Bundan əlavə Star emal üçün İraqdan və Liviyadan da neft partiyaları idxal edib”.

Vilayət Muxtar
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

YPG Türkiyənin müttəfiqinə hücuma keçdi

SONRAKI XƏBƏR

"Qarabağ" Beqoviçin qurtarışlarını paylaşdı - VİDEO