“Knight Frank” konsaltinq şirkəti mənzillərin qiymətlərinin artım tempinə görə dünya şəhərlərinin reytinqini dərc edib.
“APA-Economics”in sözügedən reytinqə istinadən verdiyi məlumatına görə, siyahının ilk pilləsində Çinin Sian şəhəri qərarlaşıb. Belə ki, bu şəhərdə son 12 ay ərzində mənzillərin qiyməti 25,1% artıb. Reytinqin ikinci və üçüncü yerlərini Budapeşt (24,2%) və Heydərabad (18,3%) bölüşdürür.
Qeyd edək ki, ümumiyyətlə, reytinqdə dünyanın 150 şəhəri, o cümlədən postsovet ölkələrinin Tallin (5,6%), Moskva (3,2%), Riqa (2,9%) və Kiyev (1,3%) şəhərləri yer alıb.
Mənzillərin qiymətlərinin artım tempinə görə şəhərlərin reytinqini:
# |
Şəhər |
12 ay ərzində qiymət artımı, % |
1 |
Sian (Çin) |
25,1 |
2 |
Budapeşt (Macarıstan) |
24,2 |
3 |
Heydərabad (Hindistan) |
18,3 |
4 |
Əhmədabad (Hindistan) |
15,3 |
5 |
Uhan (Çin) |
14,6 |
6 |
Sankt-Peterburq (Rusiya) |
14,6 |
7 |
Portu (Portuqaliya) |
13,6 |
8 |
Çunsin (Çin) |
12,1 |
9 |
Zaqreb (Xorvatiya) |
11,4 |
10 |
Afina (Yunanıstan) |
11,2 |
11 |
Qingdao (Çin) |
10,8 |
12 |
Vuhu (Çin) |
10,5 |
13 |
Quançjou (Çin) |
10,4 |
14 |
Banqalor (Hindistan) |
10,2 |
15 |
Varşava (Polşa) |
10,1 |
16 |
Boqota (Kolumbiya) |
9,8 |
17 |
Vyana (Avstriya) |
9,8 |
18 |
Utrext (Niderland) |
9,7 |
19 |
Sofiya (Bolqarıstan) |
9,6 |
20 |
Lion (Fransa) |
9,2 |
Mənbə: apa.az