Bu yolda təmir işləri aparılacaq - Sürücülərin diqqətinə

Bu yolda təmir işləri aparılacaq -  Sürücülərin diqqətinə

Neftçilər prospektində təmir işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, bu gün Neftçilər prospektində yol ayrıcında yerləşdirilmiş beton maneələrin kənarlaşdırılması, kənarlaşdırılan hissədə asfalt-beton örtüyünün bərpası işləri aparılır.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Mənbə: metbuat.az