ABŞ-da inflyasiya proqnozdan aşağı qalıb

ABŞ-da inflyasiya proqnozdan aşağı qalıb

ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ölkədə inflyasiya Sentyabrda dəyişməyib və illik müqayisədə 1.7% təşkil edib. Proqnoz inflyasiyanın aylıq 0.1%, illik 1.8% olacağı istiqamətində idi.

Ərzaq və enerji xaric inflyasiya bu dövrdə 0.2% proqnoza qarşı 0.1% təşkil edib. İlik müqayisədə proqnoza paralel 2.4% olub.

Proqnozdan aşağı qalan göstərici, Fed-in bu il 3-cü dəfə faiz endirəcəyi gözləntisini qüvvətləndirir.

Mənbə: marja.az