Təyyarənin qəzalı enişindən sonra Yekaterinburq aeroportu fəaliyyətini bərpa edib

Bakı, 10 oktyabr, AZƏRTAC

“An-12” hərbi təyyarəsinin qəzalı enişindən sonra bir müddətə bağlanmış Rusiyanın Yekaterinburq şəhərinin aeroportu öz fəaliyyətini bərpa edib. AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Koltsovo aeroportunun mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilib ki, qəzaya uğramış təyyarə uçuş zolağından xüsusi texnikanın köməyi ilə götürülüb. Qeyd olunub ki, aeroportun həmin ərazisi qəza nəticəsində zərər görməyib.

Xatırladaq ki, “An-12” hərbi təyyarəsi oktyabrın 10-da Yekaterinburqun Koltsovo aeroportuna enərkən qəzaya uğrayıb. Qəzanın səbəbinin hava gəmisinin şassisində yaranmış problem olduğu bildirilir. Təyyarənin göyərtəsində olan on nəfərdən heç biri xəsarət almasa da, “An-12” cüzi zədələnib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bakı polisi: Qadının itkin düşməsi, yaxud qaçırılması ilə bağlı müraciət daxil olmayıb

SONRAKI XƏBƏR

“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində sosial film hazırlanıb