Suriyada hərbi əməliyyatlar nəticəsində neft qiymətləri artır

Suriyada hərbi əməliyyatlar nəticəsində neft qiymətləri artır

Belə ki, Brent markalı neftin bareli 19 sent artaraq 58.43 dollara, ABŞ-ın WTI (West Texas Intermediate) markalı neftinin qiyməti isə 14 sent artaraq 52,77 dollara qədər qalxıb.

Təhlilçilər əməliyyatların İraqdakı neft istehsal edən Kürdüstan muxtar bölgəsinin iqtisadiyyatına təsir göstərə biləcəyini və enerji qiymətlərinin daha da artacağını söyləyirlər.

ABŞ prezidenti Donald Trump, Suriyaya edilən hücumun onun administrasiyası tərəfindən dəstəklənməmiş “pis bir fikir” olduğunu söylədikdən sonra da qiymətlər artdı.

ABŞ xam neft ehtiyatlarının artması da neft qiymətlərini məhdudlaşdırıb. Enerji İnformasiya İdarəsindən verilən məlumata görə, xam neft ehtiyatları analitiklərin 1,4 milyon barel artacağına dair gözləntiləri ilə müqayisədə ötən həftə gözləniləndən 2.9 milyon barel çox artıb. Belə ki, ABŞ xam neft hasilatı ötən həftənin günlərində 12,6 milyon barel rekord səviyyəyə yüksəlib.

Sevinc Əliyeva

Mənbə: ordu.az