Belarus Rusiyaya görə 800 milyon dollar ziyana düşəcək

Belarus Rusiyaya görə 800 milyon dollar ziyana düşəcək

Belarus Rusiyanın neft sektorundakı vergi manevrləri səbəbiylə ölkənin hansı maliyyə itkiləri ilə üzləşdiyini açıqlayıb. Azvision.az xəbər verir ki, RİA “Novosti”yə açıqlama verən Belarusun maliyyə naziri Maksim Yermoloviç qeyd edib ki, 2020-2021-ci illər üçün ölkə iqtisadiyyatının ümumi itkisi 800 milyon dollar təşkil edəcək.

“Bu il 400 milyon dollar, gələn il isə 400 milyon dollar”deyə, nazir bildirib.

Mənbə: azvision.az