SOCAR-ın Türkiyədəki sərmayələri 15 milyard dolları ötüb

SOCAR-ın Türkiyədəki sərmayələri 15 milyard dolları ötüb

İzmir, 10 oktyabr, AZƏRTAC

“Petkim”in alınmasından sonra 400 milyon dollarlıq “SOCAR Terminal”, 6,3 milyard dollarlıq “Star” neft emalı zavodu və 600 milyon dollarlıq anbar investisiyasını, eləcə də 6,5 milyard dollarlıq TANAP layihəsini həyata keçirən SOCAR-ın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard dolları keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov oktyabrın 10-da keçirdiyi mətbuat konfransında deyib.

“SOCAR hazırda davam edən layihələrlə bu rəqəmi 19,5 milyard dollara çatdıracaq. Şirkət investisiya layihələrini başa çatdırdıqdan sonra Türkiyənin üç böyük holdinqlərindən biri, sənaye sahəsində isə birinci olmağı planlaşdırır”, - deyə A.Məmmədov qeyd edib.

Mənbə: azertag.az