Qlobal ticarət müharibələri 630 milyard dollarlıq məhsulu əhatə edib

ABŞ indiyə qədər müxtəlif ölkələrin istehsal etdiyi 524 milyard dollar dəyərində məhsula gömrük rüsumu tətbiq edib. Buna cavab olaraq tətbiq edilən gömrük rüsumları isə 104 milyard dollarlıq məhsulu əhatə edib. Bu da 630 milyard dollarlıq məhsulun rüsuma məruz qalması deməkdir.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ-ın Çinin 240 milyard dollarlıq məhsuluna tətbiq etdiyi 10-25%-lik gömrük rüsumuna Çin 98 milyard dollarlıq məhsula tətbiq etdiyi 15-25%-lik rüsumlarla cavab verib.

Avropa İttifaqı ölkələri ABŞ məhsullarına 10-25%, Türkiyə 4-70%, Hindistan 10-50%, Rusiya isə 25-40% gömrük rüsumu tətbiq edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İyirmi dörd illik fasilədən sonra Astaranın Sekaşan kəndinə elektrik enerjisi verilib

SONRAKI XƏBƏR

Veteranlar arasında dünya çempionatında 12 cüdoçumuz mübarizə aparır