Biznes mühitində rəqəmsal yanaşma

Biznes mühitində rəqəmsal yanaşma

“Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir keçirilib.

Atv.az xəbər verir ki, tədbirdə diplomatik korpusların nümayəndələri də daxil olmaqla, Amerika Ticarət Palatasının 100-dən çox üzvü və tərəfdaşlar iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, əsas məqsəd xarici investorları təmsil edən "AmCham" vasitəsilə xarici investisiyalı şirkətlərin Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması prosesinə yaxından cəlb etmək və onların fəaliyyəti üçün yaradılan əlverişli imkanlar barədə məlumatları çatdırmaqdır. Tədbirin sonunda "AmCham"ın rəhbərliyi və üzv şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb və gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflər səsləndirilib.

ATV.az

Mənbə: www.atv.az