Ölkədə ən çox inflyasiya aprel ayında olub - AMB

Ölkədə ən çox inflyasiya aprel ayında olub - AMB

2019-cu ilin 6 ayında orta illik inflyasiya 2.5 faiz təşkil edib. İstehlak Qiymətləri İndeksinin (İQİ) komponentləri olan orta illik ərzaq qiymətləri 2.7, qeyri-ərzaq qiymətləri 1.3, xidmətlər isə 3.2 faiz bahalaşıb.

Cebhe.info xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının “2019-cu ilin ilk 6 ayı üzrə pul siyasəti” adlı hesabatında yer alıb.

Hesabatda göstərilir ki, 12 aylıq inflyasiya 2019-cu ilin iyun ayında 2.9 faiz (iyun ötən ilin eyni ayına nəzərən İQİ-nin dəyişimi) təşkil edib ki, bu da Mərkəzi Bankın elan etdiyi hədəf (4±2%) çərçivəsindədir.

Ərzaq və xidmətlər üzrə illik qiymət artımı (müvafiq olaraq 4.3 və 2.3 faiz) da hədəf intervalında formalaşmış, qeyri-ərzaq qiymətləri isə 1.3 faiz yüksəlmişdir.

Ümumilikdə, cari ilin I yarımilliyində illik inflasiyanın pik səviyyəsi aprel ayına (3.1 faiz) təsadüf etmişdir.

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info