Nazirlik: Hər bir vətəndaş kassa çekini tələb etməklə ilk növbədə öz hüquqlarını qoruyur

Nazirlik: Hər bir vətəndaş kassa çekini tələb etməklə ilk növbədə öz hüquqlarını qoruyur

Bakı, 12 oktyabr, AZƏRTAC

Pərakəndə satış mərkəzlərində alış-veriş zamanı kassa çekləri niyə tələb edilməlidir?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, kassa aparatları bəzi fəaliyyət növləri istisna olunmaqla, bütün pərakəndə ticarət obyektlərində, kafe və restoranlarda tətbiq edilməlidir. Hər bir vətəndaş kassa çekini tələb etməklə ilk növbədə öz hüquqlarını qoruyur. Belə ki, alınmış malı geri qaytara və ya dəyişdirə bilir, həmçinin alınmış malın qiyməti barədə dürüst məlumata malik olmaqla, kölgə iqtisadiyyatı ilə mübarizədə ictimai nəzarəti həyata keçirir. Eyni zamanda, ticarət və iaşə obyektlərində əməliyyatların kassaya vurulması və kassa çeklərinin təqdim olunması təkcə sahibkarla alıcının deyil, bütövlükdə hər bir vətəndaşın maraqlarına xidmət edir.

Mənbə: azertag.az