ADNSU-nun startap layihəsi Ukraynada festivalda nümayiş olunub

ADNSU-nun startap layihəsi Ukraynada festivalda nümayiş olunub

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi “Sikorski Çellenc” (Sikorsky Challenge) startap festivalında iştirak edib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti festivalda təmsil etdikləri universitetin “Eazy Start” Startap və İnnovasiya Mərkəzinin “Healvith” layihəsini nümayiş etdirib. Eyni zamanda, innovativ proqram barədə məlumat verilib.

Uğurlu təqdimatdan sonra bir sıra əcnəbi şirkət nümayəndələri və investorlar layihə ilə maraqlanıb, yaxın gələcəkdə birgə layihələrlə bağlı konkret təkliflər irəli sürəcəklərini bildiriblər.

Mənbə: azertag.az