Çinin idxal və ixracı daha da pisləşdi

Çinin idxal və ixracı daha da pisləşdi

Çinin idxal və ixracı səngiyən qlobal ticarət, ABŞ-ın gömrük tarifləri və tələbdəki azalma ilə əlaqədar olaraq Sentyabr ayında gözləniləndən daha çox geriləyib.

"Marja" xəbər verir ki, Çin Gömrük Komitəsi tərəfindən Bazar ertəsi günü açıqlanan məlumatlara görə, dollarda ifadə olunan ixrac illik müqayisədə 3.2 faiz, idxal 8.5 faiz azalıb. Ticarət artıqlığı (profisit) isə 39.65 milyard dollar səviyyəsində olub.

İqtisadçılar ixracın 2.5 faiz, idxalın isə 6 faiz düşəcəyini təxmin etmişdilər.

Yuanda ifadə olunan ixracı isə illik 1.5 faiz artması gözlənərkən 0.7 faiz azalıb, idxal isə illik 6 faiz azalması gözlənərkən 8.5 faiz azalıb. Ticarət artıqlığı 253.8 milyard yuanlıq proqnoza qarşılıq 275.2 milyard yuan təşkil edib.

Mənbə: marja.az