UNEC-də Biznes analitik laboratoriya yaradılıb

UNEC-də Biznes analitik laboratoriya yaradılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk dünyası iqtisad fakültəsində Biznes analitik laboratoriya yaradılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünyanın bir çox aparıcı universitetlərində və qabaqcıl şirkətlərində tətbiq olunan bu layihə Azərbaycanda pilot olaraq Türk dünyası iqtisad fakültəsində həyata keçirilib. Layihə çərçivəsində mühasibat və maliyyə departamentlərində istifadə olunan “LOGO” proqramları, rəqəmsal marketinq, elektron ticarət və rəqəmsal iqtisadiyyat sahələri tədris olunacaq və bu istiqamətdə tədqiqatlar aparılacaq.

Mənbə: azertag.az