AzTU-nun tələbələri üçün “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda seminar keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) maliyyə və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələr üçün “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda seminar keçiriblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, prorektor İsa Xəlilov “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Prorektor qeyd edib ki, ölkəmızdə fəaliyyət göstərən ali təhsil müəssisələrində maliyyə və iqtisadiyyat sahəsində tələbələrin maarifləndirilməsi məqsədilə seminar və təlimlər davamlı təşkil olunur.

Palatanın əməkdaşları dünyada və Azərbaycanda kapital və səhm bazarları, bazarlardan maliyyələşən qiymətli kağızlar, bazarlara nəzarətin qurulması haqqında tələbələrə ətraflı məlumat veriblər.

Əməkdaşların kapital bazarlarında investisiya xidmətləri, risklər və strategiya mövzularında çıxışlarını tələbələr maraqla dinləyiblər.

Sonda suallar cavablandırılıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Trampın keçmiş müşaviri 10 saat ifadə verib –İmpiçment araşdırması davam edir

SONRAKI XƏBƏR

Şəmistan Əlizamanlı Bakıda Ərdoğanla görüşdü - FOTO