Azərbaycan neft hasilatını azaldıb – Qaz hasilatını isə artırıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda xam neftin (qaz kondensatı daxil olmaqla) hasilatı 28,22 mln. ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,7% azdır.

Qeyd edək ki, Azərbaycanda hasil edilən neftin böyük hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunun payına düşür. Bu ilin aprelində AÇG blokunda yerləşən “Mərkəzi Azəri” platformasında planlaşdırılmış təmir işləri səbəbindən hasilat dayandırılmışdır və bu da ölkədə neft hasilatının azalmasına öz təsirini göstərib.

Bundan başqa, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 26 mlrd. kubmetrə yaxın qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% çoxdur. Ölkədə hasil edilən “mavi” yanacağın 17,9 mlrd. kubmetri əmtəəlik qazın payına düşüb (artım 29,3%).

Azərbaycanda qaz hasilatının kəskin artması “Şahdəniz” yatağının ikinci mərhələsinin reallaşdırılması ilə əlaqədardır.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya rəsmən müraciət etdi: BMT köçürülsün!

SONRAKI XƏBƏR

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Qaraməmmədli kəndində səyyar qəbul keçirib