Gürcüstanda azərbaycanlı iş adamları ilə görüş keçirilib

Gürcüstanda azərbaycanlı iş adamları ilə görüş keçirilib

Gürcüstanın Marneuli rayonunda 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyi günü ilə bağlı bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Marneuli meriyasının qarşısında keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili, Marneuli meri Zaur Darğallı, "Caspian Energy Club"ın Baş icraçı direktoru Telman Əliyev və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri iştirak ediblər.

Səfir D. Həsənov Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın ilk rəsmi səfərini Azərbaycana etməsinin biznes əlaqələrinin inkişafına müsbət təsir edəcəyini bildirib.

Kvemo-Kartli regionunun qubernatoru Ş. Rexviaşvili deyib ki, Gürcüstan hökumətinin qəbul etdiyi üçillik iqtisadi inkişaf planda iş adamları üçün əlverişli imkanlar və güzəştlər nəzərdə tutulub. O, azərbaycanlı iş adamlarını bu imkanlardan yararlanmağa çağırıb.

İş adamları görüşdən sonra Marneulidə fəaliyyət göstərən 4 istehsal müəssisəsinə baş çəkiblər və buradakı şəraitlə tanış olublar.

Mənbə: apa.az