Qazlaşdırılması səmərəli olmayan ucqar kəndləri alternativ enerji mənbələri ilə təmin edəcək şirkət seçilib

Qazlaşdırılması səmərəli olmayan ucqar kəndləri alternativ enerji mənbələri ilə təmin edəcək şirkət seçilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Energetika Nazirliyi qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrini alternativ enerji mənbələri ilə təmin edəcək şirkəti seçib.

AZƏRTAC xəbər verir ki, nazirliyin elan etdiyi “Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” işlərinin satın alınmasına dair tenderdə “Azalternativenerji” MMC qalib olub.

Mənbə: azertag.az