Mehmet Cahit Turan: “BTQ ildə 17 mln. ton yük daşımaq gücünə malik olacaq”

“Bakı-Tbilisi-Qars dəmir yolunda ilk üç ildə illik olaraq 3 milyon tonluq yükün daşınacağı gözlənilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dəmir yolu layihəsi tam yekunlaşdırılandan sonra bu dəhliz vasitəsilə ildə 17 mln. ton yük daşımaq mümkün olacaq.

Nazir deyib ki, BTQ yalnız yük daşımaları üçün deyil, sərnişin daşımaları üçün də istifadə olunacaq: “Bu layihə bölgədə turizmi inkişaf etdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu boyu yerləşən ölkələr və bölgə layihədən mənfəət əldə edəcək”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Məcburi köçkünlərin yaşadığı “Vaqonlar” qəsəbəsinə qaz çəkilir - VİDEO

SONRAKI XƏBƏR

6-cı duel öncəsi: "Sabah"ın "Zirə" önündə üstünlüyü