Taxıl istehsalı 3,4 milyon tona çatıb - Ölkəyə taxıl idxalı azalır

Taxıl istehsalı 3,4 milyon tona çatıb - Ölkəyə taxıl idxalı azalır

Bakıda Rusiya Taxıl Birliyinin təşkilatçılığı ilə 11-ci Beynəlxalq Taxıl Forumu keçirilib.

Atv.az xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, İsveçrə və digər ölkələrdən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və digər məhsulların istehsalçıları və alıcıları, eləcə də bu sahə ilə əlaqəsi olan sahibkarlar iştirak ediblər. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, bu il oktyabrın 1-nə olan göstəriciyə görə, Azərbaycanda taxıl istehsalı artaraq 3,4 milyon ton olub, buğda istehsalı isə 2,2 milyon tona çatıb. Taxılçılıq Assosiasiyasının sədri Taleh Qasımov isə bildirib ki, yerli istehsalın artması nəticəsində ölkəyə taxıl idxalı azalıb.

ATV.az

Mənbə: www.atv.az