Abşeronun 27 qəsəbəsində su təchizatı ilə bağlı layihələr həyata keçirilib

Abşeronun 27 qəsəbəsində su təchizatı ilə bağlı layihələr həyata keçirilib

Bakı, 7 noyabr, AZƏRTAC

Abşeron rayonunda su təchizatı ilə bağlı böyük işlər görülüb, 27 qəsəbədə layihələr həyata keçirilib, 172 kilometr su xətti çəkilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında bildirib.

Abşeron yarımadasında dayanıqlı su mənbələrinin olduğunu deyən Q.Hüseynov nəzərə çatdırıb ki, əsas ağırlıq Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üzərinə düşür.

ASC sədri, həmçinin gələn il yeni su anbarlarının tikintisinin planlaşdırıldığını söyləyib.

Mənbə: azertag.az