“Unibank KB”ın səhmləri daha yüksək - BAZAR SEQMENTİNƏ ÇEVRİLİB

“Unibank KB”ın səhmləri daha yüksək - BAZAR SEQMENTİNƏ ÇEVRİLİB

“Unibank KB” ASC daha yüksək bazar seqmentinə keçirilib.

FED.az xəbər verir ki, Bakı Fond Birjasının yenilənmiş Listinq qaydalarının tələblərinə əsasən “Unibank KB” ASC-nin səhmləri alternativ bazar seqmentindən standart bazar seqmentinə keçirilib.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Mənbə: fed.az