"İxrac yönlü iqtisadiyyatın formalaşdırılması əsas hədəfdir"- Millət vəkili

"Azərbaycanda aparılan islahatların dərinləşməsi kursu həyata keçirilir".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Elman Nəsirov deyib.

O, qeyd edib ki, bu siyasətin müəlifi cənab prezident İlham Əliyevdir: "İslahatlar hərtərəfli və genişmiqyaslıdır. Həmçinin ölkəmizdə kadr islahatları da aparılır. Kadr islahatlarının keçirilməsi fəlsəfəsini cənab prezidentimiz açıqlayaraq söylədi ki, dünya və geosiyasi reallıqları dəyişir. Yeni iqtisadi reallıqlar, texnologiyalar dəyişir və innovativ yanaşma bu gün çox aktuallıq kəsb edir. Məsələyə bu kontekdə yanaşdıqda savadlı, xüsusən iqtisadi bilikləri malik olan, ən önəmlisi vətənpərvər gənclərin yüksək vəzifələrə təyin edilməsi və onların irəliyə çəkilməsi xüsusi aktuallıq kəsb edir. Cənab prezidentimiz bu məntiqlə çox ciddi kadr islahatlarının əsasını qoyub. Yeni təyin olunan kadrlar xüsusilə İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov və gənc icra başçıları Azərbaycanın iqtisadi artımını, inkişafını təmin etməlidirlər. Elə iqtisadiyyat formalaşmaldır ki, ilk növbədə onun neft sektokrundan asılılıq minumuma endirilmiş olsun".

Deputat vurğulayıb ki, ixrac yönlü iqtisadiyyat formalaşdırılması əsas hədəfdir: "Bu məntiqlə yanaşanda yeni təyin olunan kadrlardan məhz bu istiqamətdə çox ciddi addımların atılması tələb olunur. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, kölgə iqtisadiyyatından çıxmaq əsas hədəflər sırasındadır. Yeni gənc kadrlar bu istiqamətdə çox fəal bir siyasəti həyata keçirməlidirlər. Onlar cənab prezidentə söz verdilər ki, bu istiqamətdə əllərindən gələni edəcəklər. Bundan əlavə, prezident administrasiyasına yeni gənc kadr Samir Nuriyev təyin edildi. O, fəaliyyəti dövründə bacarıqlı, təmiz kadr kimi özünü təqdim edə bilib. Bu gün insanla da bir inam var. Belə kadrlarla Azərbaycanın bundan sonra dayanıqlı, davamlı inkişafını biz təmin edə biləcəyik. Potensial və istək var. Dövlət başçısının siyasi iradəsi ortadadır. Xalq onun siyasətini dəstəkləyir. Yeni kadrlara insanlarımız ümidlə baxır. Düşünürəm ki, yeni kadrların bu inamı doğrultması əsas hədəfi olmalıdır. Bütövlüklə Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi var ki, inkişafın yeni mərhələsinə daxil olmuşuq. Bu mərhələni şərəflə həyata keçirəcəyik. Təbii ki, bunu da hər bir Azərbaycanlı öz üzərində hiss edəcək".

Aysel Yusifqızı

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Afrikanın 14 ölkəsi Fransa Mərkəz Bankındakı pullarını geri çəkir

SONRAKI XƏBƏR

“Nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı əhəmiyyətini itirməyib” – Sergey Lavrov