“ŞİMAL AXINI-2” LAYİHƏSİNİN AVROPA ÜÇÜN ƏHƏMİYYƏTİ

“ŞİMAL AXINI-2” LAYİHƏSİNİN AVROPA ÜÇÜN ƏHƏMİYYƏTİ

“Şimal axını – 2” çoxlu mübahisəyə, fikirayrılığına səbəb olub. Bu qaz kəməri Almaniyaya faydalı olacaq: tranzit qazını artıracaq və hansısa səbəbdən dolayı başqa marşrutlardan istifadə etmək mümkün olmasa, əlavə tədarük marşrutu qismində çıxış edəcək. Bu barədə Mail Günter (Maik Günther) “Atlantic Council” nəşrində yazır.

Lakin “Şimal axını – 2” istifadəyə verildikdən sonra Ukraynadan qaz tranziti azalacaq. “Şimal axını – 2” və “Türk axını” boru kəmərləri istismara verildikdən sonra Rusiya Ukraynadan yan keçməklə hər il Avropaya 205,9 milyard kub metr qaz tədarük edəcək. Bu da Ukraynanı qaz tranzitindən gələn gəlirdən məhrum edəcək, “Qazprom” şirkəti ilə danışıqlarda ölkənin mövqeyini zəiflədəcək.

Baza ssenari çərçivəsində “Şimal axını – 2” boru kəmərinin illik buraxıcılıq qabiliyyəti 55 milyard kub metr, “Türk axını”nda 31,5 milyard kub metr, Trans Adriaktik qaz kəmərində isə 10 milyard kub metr təşkil edəcək.

“AB Ukraynanın rus tranzit dövlət statusunu saxlamaq istəyir, amma Ukraynanın boru kəmərləri yenilənməlidir. Bu arada “Qazprom” Ukraynadan tranzit qaz axınını minimallaşdırmağa çalışır. Beləliklə, ehtimal edirik ki, tranzit axınlarının baza ssenariləri çərçivəsində Ukraynadan keçən rus qazı olmamalıdır”, - məqalədə deyilir.

“Şimal axını – 2” Almaniyanı daha güclü tranzit dövlətə çevirəcək. Xüsusən, 2030-cu ilədək bu layihə Almaniyadan keçən tranzit həcmini ildə 12 milyard kub metrədək artırmağa imkan yaradacaq.

Ukraynadan tranzit qazının həcminin azalmasında “Türk axını” layihəsi də mühüm rol oynayacaq. Marşrutun birinci qolu Türkiyənin qaz tələbatını ödəyəcək. İkinci qol Rusiyadan Türkiyəyə, ardınca Bolqarıstan, Serbiya və Macarıstana qaz nəql etmək üçün nəzərdə tutulub.

“Şimal axını – 2” işə düşdükdə Norveçdən tədarük edilən yanacağın həcmində dəyişiklik olacaq. Layihə Avropaya idxal edilən maye təbii qazın (MTQ) həcmini azaltmağa imkan verəcək. Qaz kəməri istifadəyə verildikdən sonra Norveç qazı artıq Almaniyaya deyil, şimal-qərbi Avropaya tədarük ediləcək, burada MTQ-ni sıxışdıracaq. “Şimal axını – 2” boru kəmərinə görə 2030-cu ilədək Avropaya idxal edilən MTQ həcmi 30 milyard kub metr azalacaq, bu da böyük rəqəmdir.

Tez-tez belə bəyanatlar səslənir ki, “Şimal axını – 2” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Tədarükü diverfikasiya etmək mümkün olsa, bu bəyanat özünü doğrultmur, yox əgər tədarük marşrutlarının diverfikasiyasını nəzərə alsaq, doğruldur. Ehtiyacı olduğu qazı “Şimal axını – 2”-dən istifadə etmədən idxal etmək üçün AB-nin kifayət qədər boru kəməri və MTQ terminalı var.

Mənbə: www.xpressa.net