SOCAR-ın 6 əməkdaşı keyfiyyət üzrə beynəlxalq sertifikat təliminə cəlb edildi –FOTOLAR

SOCAR-ın 6 əməkdaşı keyfiyyət üzrə beynəlxalq sertifikat təliminə cəlb edildi –FOTOLAR

SOCAR-dan Strateq.az-a verilən məlumata görə, sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və Neftçilər Günü ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı zamanı SOCAR prezidenti cənab Rövnəq Abdullayevlə görüşdə Hissə rəisi İskəndər Şirəli görülən işlər və gələcək planlar barədə SOCAR Prezidentinə ətraflı məlumat verərkən bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin bütün sahələrdə xidmətlərin beynəlxalq standartlara və qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasının, Azərbaycan brendinin dünyada tanıdılması tapşırığının əsas hədəf kimi götürülməsindən, SOCAR-ın Prezidenti cənab R.Abdullayevin rəhbərliyi altında bu işlərin uğurla aparılmasından, SOCAR-ın müasir layihələrdə uğurla iştirakı barədə məlumat verib.

Hərbiləşdirilmiş Hissənin də fəaliyyətinin sürətlə bu istiqamətdə görülməsi, planlaşdırılan işləri barədə məlumat verilib.

Tapşırıqların vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə SOCAR rəhbərliyi tərəfindən etimad göstərilən, yenilikçiliyi, yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti ilə tanınan, eyni zamanda gətirdiyi yeniliklər, mütərəqqi metod və üsullarla beynəlxalq təcrübənin Azərbaycan neft sənayesində uğurla tətbiq edərək, beynəlxalq təcrübənin yerli yanaşmaya uyğunlaşdırılması ilə neft sənayesində öz sözünü demiş İskəndər Şirəli bu hədəf istiqamətində addımlar atmağa başlayıb.

Belə ki, Hissə rəisi tərəfindən idarəçilikdə təkmilləşdirmə və səmərəli fəaliyyət göstərmək üçün şirkət rəhbərliyinə müraciət edilmiş və SOCAR Prezidentinin müvafiq əmri ilə SOCAR Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin adı “SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi”-nə dəyişdirilib.

Göstərilən xidmətlərin neft- qaz sənayesi sektorunda fəaliyyət göstərən qabaqcıl beynəlxalq şirkətlər tərəfindən tanınan və tətbiq edilən müasir APİ (American Petroleum İnstitute) standartlarına uyğunlaşdırılması və müasir standartlarına cavab verən, ixtisaslı kadrların yetişdirilməsi, nəzəri biliklərinin artırılması, qabaqcıl iş metodlarından istifadə edilməsi məqsədi ilə mütəxəssislərinin beynəlxalq səviyyəli təlimlərə cəlb olunması üçün bu sahə üzrə ixtisaslaşmış “Princeps Legem” MMC ilə əməkdaşlığa başlayıb.

“Princeps Legem” MMC təşkilatçılığı ilə 04.11.2019-07.11.2019-cu il tarixlərdə SOCAR- ın Sənaye Təhlükəsizlik İdarəsinin 6 əməkdaşı “APİ Q2 – neft-qaz sənayesində keyfiyyətin idarə edilməsi” mövzusu üzrə sertifikat təliminə cəlb ediliblər.

Qeyd edək ki, “PRİNCEPS LEGEM” MMC 2013-cü ildən fəaliyyətə başlamış milli əsaslı şirkətdir və əsas fəaliyyət məqsədləri beynəlxalq təcrübəyə malik əməkdaşları, xarici təlimçi və məsləhətçiləri ilə fəaliyyətində beynəlxalq təcrübənin yerli yanaşmaya uyğunlaşdırılması ilə peşəkar fəaliyyətə dəstək göstərməkdir.

Müştəriləri arasında neft-qaz və qeyri neft-qaz sahəsində fəaliyyət göstərən “BP”, “Halliburton”, “SOCAR AQŞ”, “KCA Deutag”, “TechnipFMC”, “Samsung Engineering”, “LaserGulf”, “TCM – KT JV, Rapid Solutions kimi şirkətlər var və bu şirkətlərə konsaltinq xidmətləri və təlimlərin keçirilməsi üzrə qarşılıqlı müqavilələri var.

SOCAR-ın tərkibində fəaliyyət göstərən digər struktur vahidləri ilə yanaşı Sənaye Təhlükəsizlik idarəsinin də əsas məqsədi ölkəmizin neft-qaz sektorunun inkişafına daim öz töhfəsini vermək üçün açıq fontanların qarşısının alınması, profilaktiki işlərin görülməsi, ləğv edilmə işlərində görülən işlər üçün zəruri olan avadanlığın, qurğuların, materialların, eləcə də neftin, qazın itkisinin azaldılması, yanacaq, elektrik enerjisinə, material və alətlərə qənaət olunması və işlərin mütərəqqi üsullarla aparılması, risklərin maksimum dərəcədə azaldılaraq, fəaliyyətinin müasir standartlara cavab verəcək şəkildə qurulması və yenilənməsi, eyni zamanda, Azərbaycanda və xaricdə bu üzrə fəaliyyət göstərən şirkətlər, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri, təhsil ocaqları ilə və neft sektorunun gücü və tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi, müvafiq sahə üzrə fəaliyyət göstərən xarici şirkətləri partnyorluğa cəlb olunmasıdır.

Bununla da Azərbaycanın bir nömrəli brendi olan SOCAR-ın beynəlxalq aləmdəki nüfuzunu müştərilərə göstərilən yüksək xidmət keyfiyyəti və öz müasir standartlara cavab verən fəaliyyəti ilə bir daha sübut etməkdir.

Mənbə: strateq.az