İdxal olunan siqaretlərin bəyannamə qiyməti ixrac ediləndən aşağıdır

İdxal olunan siqaretlərin bəyannamə qiyməti ixrac ediləndən aşağıdır

Bu ilin səkkiz ayı ərzində Azərbaycana gətirilən bir qutu siqaretin orta bəyannamə qiyməti 33 sent təşkil edib. Bu, yerli tütün istehsalçılarının ixrac qiymətindən 10% ucuzdur.

Hesabat dövründə 168 125 000 qutu siqaret leqal idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, son doqquz ayda yerli tütün fabriklərində 222 190 000 qutu siqaret istehsal edilib. Yanvar-avqust aylarında 5.361.000 qutu siqaret, bir qutusu 36.8 sentdən ixrac edilib.

© Turan

Mənbə: marja.az