İzmirli iş adamları Azərbaycana işgüzar - SƏFƏR EDİBLƏR

İzmirli iş adamları Azərbaycana işgüzar - SƏFƏR EDİBLƏR

Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəliyi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti ilə Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsi izmirli iş adamlarının Bakıya işgüzar səfərini təşkil edib.

FED.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyə nümayəndəsi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədri Dr. Asif Kurban səfərin məqsədləri haqqında danışıb.

“İzmirli iş adamlarının Azərbaycana səfərinin məqsədi biznes sahəsinin, sərmayə yatırımı şəraitinin daha yaxından tanıdılması və əməkdaşlığın qurulması ilə bağlı idi. Hhələ 1985-ci ildən Bakı-İzmir qardaşlamışıq şəhərdədirlər. Digər məqsəd “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında qardaşlıq, ticarət və iqtisadi də olmaqla, uzunmüddətli əməkdaşlıq münasibətlərini inkişaf etdirməkdir”.

Asif Kurban bu təşəbbüsə ilk gündən müsbət yanaşan Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) İzmir Şöbəsinin sədri Bilal Saygılıya, səfərdə iştirak edən iş adamlarına, heyəti Bakıda yüksək səviyyədə qəbul edən Azərbaycan Respublikası Vergilər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Gömrük Komitəsinə, Dövlət Turizm Agentliyi rəhbərliyinə, Türkiyə səfiri Erkan Özorala, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevə, MÜSİAD-ın Azərbaycan rəhbərliyinə və Qafqaz Turizm Şirkətinə təşəkkür edib.
Səfərdə iştirak edən sahibkarlar rəsmi görüşlərlə birgə ikili əməkdaşlıq görüşləri də keçirdilər. Qonaqlar eyni zamanda Bakının görməli və tarixi yerləri ilə tanış olublar.

Mənbə: fed.az