"Maaşların yüksək templərlə artırılması işinin davam etdirilməsini zəruri hesab edirik"

"Maaşların yüksək templərlə artırılması işinin davam etdirilməsini zəruri hesab edirik"

Moderator.az millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin 2020-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı çıxışının əsas məqamlarını təqdim edir:

 

Fikrimizcə, büdcə müzakirələrində hansı sahəyə nə qədər vəsait ayrılaması, onun nə qədər artıb-azalmasından daha çox ayrılmış həmin vəsaitdən nə dərəcədə qənaətlə və səmərəli istifadə olunması, onun nəticəliliyinin artrılmasına diqqət yetirmək lazımdır. Bu baxımdan Hesablama Palatası “Büdcə Zərfinə” münasibətdə 30-a yaxın təklif və tövsiyə ilə çıxış edib. Hesablama Palatasının aşkarladığı qüsurlar obyektiv yanaşmadır, dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir və reallığı əks etdirir. Hesablama Palatası Maliyyə Nazirliyinin və digər aidiyyatı qurumların öz fəliyyətində nəzərə alınması çox zəruri olan təklif və tövsiyələr hazırlayıb. Deməli, onların xeyli hissəsi büdcə prosesində nəzərə alınmalıdır. Təklif edirik ki, büdcə prosesinin və müzakirələrin nəticələrinin lazımı səviyyədə izlənilməsini təmin etməkdən ötrü, Maliyyə Nazirliyinin Hesablama Palatasının rəyindəki tövsiyələrə, eləcə də deputatların çoxsaylı təkliflərinə münasibəti bir neçə məsələyə dair verilən cavablarla məhdudlaşmasın, sistemləşdirilmiş şəkildə Büdcə Zərfinə salınsın. Konkret desək, Maliyyə Nazirliyinin saytında yerləşdirsin ki, büdcənin Milli Məclidəki müzakirələrinin nəticələri, Palatanın, eləcə də deputatların irəli sürdüyü təklif və tövsiyyələr həm 2020-ci ilin, həm də növbəti illərin büdcə layihəsində öz əksini necə tapıb-tapmaması, büdcə vəsaitlərinin istifadə edilməsində dövlətin strateji hədəflərinin nə dərəcədə nəzərə alınması ictimaiyytə bəlli olsun.

Yüksək nəticələrə nail olmaqdan ötrü yetərincə potensial var. Sadəcə bundan ötrü iqtisadi artım templərini sürətləndirməklə yanaşı, həm də şəffaflıq təmin edilməli, hesabatlılıq və məsuliyyət gücləndirilməli, inhisarçıllq, kölgə iqtisadiyyatı məhdudlaşdırılmalı, rəqəmlərin şişirdilməsinin qarşısı alınmalıdır. Artıq bunun əyani nümunəsi kimi vergi və gömrük sistemində həyat keçirilən islahatlar hesabına büdcəyə əlavə olaraq yüz milyon manatlarla ölçülən vəsaitin daxil olmağa başlamasını qeyd etmək olar. Maliyyə-büdcə sahəsində də islahatlar aparmaqla şəffafıq, heabatlılığın artırılması, nəticəliliyə yönəldilmiş büdcə sisteminə keçilməlidir.

Büdcə proqnozlarda əhalinin real gəlirlərinin artımında ardıcılıq yoxdur ki, bu da islahatların nəticlərinin yetərincə nəzərə alınmamasına dəlalət edir. Büdcə proqnozlarında göstərilib ki, 2020-ci ildə əmək haqqlarının artım tempi 10 faizdən çox, 2021-ci ildə cəmi 2,8 faiz təşkil edəcək. Əgər nəzərə alsaq ki ,2021-ci ildə inflyasiya səviyyəsi 4,3 faiz proqnozlaşdırılıb, belə çıxır ki, 2021-ci ildə əhalinin gəlirləri yalnız əmək haqqından ibarət olan hissəsinin real gəlirləri aşağı düşəcək. Hesab edirik ki, bu, islahatların qarşıya qoyduğu başlıca məqsədə-əhalinin güzəranının yaxşılaşdırılması işinə davamlı xarakter vermək məqsədinə ziddir. İslahatların əhali tərəfindən dəstəklənməsinin miqyaslarını genişləndirməkdən ötrü 2020 və ondan sonrakı illərdə də yavaşımış iqtisadi artım trayektoriyasından sürətli artım trayektoriyasına keçməklə möhkəm iqtisadi əsaslar yaratmaq hesabına maaşların inflyasiya səviyyəsindən yüksək templərlə artırılması işinin davam etdirilməsini zəruri hesab edirik.

Büdcənin neft amilindən asılılığının aradan qaldırılması əsas prioritetlərdən biridir. Büdcə gəlirlərində Neft Fondundan transfertərin payı 2017-ci ildəki 37 faizdən gələn il 47 faizə çatdırılır. Bu da Neft Fondunun gələn il bütövlükdə gözlənilən gəlirlərinin 92 faizi səviyyəsində çox böyük bir rəqəmdir. Göründüyü kimi,büdcə siyasətində Neft Fondunun orta illik gəlirinin 20 milyard dolların ətrafında olduğu Neft Bumu dövrü ilə Fondun illik gəlirlərinin gələn il üçün isə 7 milyard dolların üstünə endiyi yeni mərhələnin fərqinə varılmır. Fonddan büdcəyə transfertlərin azaldılması istiqamətində addımlar atılmalıdır. İqtisadi artım templərinin 3 faizin ətrafında davam edəcəyi şəraitdə Strateji Yol Xəritəsinə uyğun surətdə 2025-ci ilədək büdcə gəlirlərində Neft Fondundan transfertərin payı hazırkı 47 fazidən 15 faizə endirmək mümükünsüz görünsə də, 25-30 faizə endirilməsi istiqamətində məqsədyönlü iş aparılmalı və büdcənin Neft Fondunun transfertlərindən asılılığı azaldılmalıdır.

Fonddan büdcə üçün götürülən vəsaitin indiki səviyyədə saxlanılmasını vacib hesab etmirəm. Çünki gələn il ARDNF-dən götürülən vəsait onun gəlirlərinin 92%-ni təşkil edəcək. Bu, həddən artıq böyük rəqəmdir. Fonddan büdcəyə transfertlərin azaldılması istiqamətində addımlar atılmalıdır.

İqtisadi artım templərinin sürətləndirilməsində regionların büdcəyə töhfəsinin artlrlmasında onun potensialında istifadənin səmərəliliyinin artırılmasını zəruri hesab edirik.Bununla əlaqədəra təkcə onu qeyd etmək kifaytdir ki, məsələn, Şəkidə Sənaye Şəhərciyi və ya Sənaye Məhəlləsi yaratmaqla, həmin təşəbbüsün özü və multiplikativ effekti hesabına çoxsaylı istehsal müəssilərinin açılmasına nail olmaq olar. Əhalisi 80 min nəfərin altlnda olan Şəkinin potensialından səmərəli istifadə edib,onun qalxınmasına nail olamaqla əhalisi 600 min nəfər ətrafında olan Şəki-Zaqatala zonasında iqtisadi fəalliğı xeyli artırmaq və bu əsasda əhalinin güzəranının yaxşılaşmasına şərait yaratmaq olar.

Mənbə: moderator.az