Avronun borclanma valyutası olaraq məşhurluğu artır

Avronun borclanma valyutası olaraq məşhurluğu artır

İnkişaf edən ölkələr borclanmada daha çox Avronu seçməyə başlayıblar. Məşhurluğunu gedərək artıran Avro, dolların inkişaf edən xəzinə istiqrazlarındakı payını alır.

Avronun inkişaf edən bazarlarda borclanma valyutası olaraq məşhurluğu artır. Xəzinə istiqrazlarında avroda illik satış ilk dəfə 50 milyard səviyyəsini keçib.

"Marja" xəbər verir ki, "Bloomberg" tərəfindən toplana məlumatlara görə, inkişaf edən ölkələrin xəzinələri 2019-cu ilin əvvəlindən indiyə qədər 51.2 milyard avroluq (56.4 milyard dollar) istiqraz yerləşdirməsi ediblər. İlin bitməsinə yeddi həftə qalmış 2016-cı ildəki 39.9 milyard avroluq rekord qırılıb.

İlin əvvəlindən bəri avroda yeni istiqraz emissiyası 80%, dollarda istiqraz emissiyası isə 2.7% artıb. Avro ABŞ Dollarının bazar payından alır.

Avropada aşağı faizlərin olması Avronu cazibədar edir.

Dolların hələ də inkişaf edən ölkə hökumətlərinin borclanmalarında ilk seçkimi olaraq qalmasına baxmayaraq, avronun payı 2013-dəki 21%-dən 30%-ə yüksəlib.

Mənbə: marja.az